Platinidən şok açıqlama: “Braziliya ilə qarşılaşmamaq üçün saxtakarlıq edilib”
UEFA-nın keçmiş prezidenti və Fransa millisinin əfsanəsi Mişel Platini şok açıqlama verib.
Sabiq futbolçu DÇ-1998-də saxtakarlıq etdiklərini açıqlayıb. O püşkatmada fırldağa əl atdıqlarını etiraf edib. Platini finala qədər Fransanın turnirin favoritlərindən olan Braziliya ilə qarşılaşmaması üçün bu addımın atıldığını söyləyib.
Mundialda Fransa C, Braziliya isə A qrupunda mübarizə aparıb və qrupu lider tamamladıqları üçün finala qədər yolları kəsişməyib.
Finalda üz-üzə gələn komandaların duelində Fransa Zinəddin Zidanın dublu və Emanuel Petitin qolları ilə 3:0 hesabı ilə qalib gələrək dünya çempionu olmuşdu.
Əlavə edək ki, Platini rüşvətxorluğa görə futboldan uzaqlaşdırılıb.
Mənbə:> Xezerxeber.az