Braziliya millisinin oyununda 10-cu saniyədə qol vurulub – VİDEO
Futbol üzrə Braziliya milli komandası tarixində ən erkən qol vurulub.
AzNews.info-nun Report-a istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi Dieqo Souza Avstraliya ilə yoldaşlıq görüşünün 10-cu saniyəsində fərqlənib.
Viktor Juliano oyuna mərkəzdən başlayan rəqibdən topu alıb və Souzaya ötürmə verib. Hazırda “Sport Resifi” klubunda çıxış edən 32 yaşlı yarımmüdafiəçi isə uzaq küncü dəqiq nişan alıb.
Qeyd edək ki, Melburndakı “Cricket Ground” stadionunda keçirilmiş görüş Braziliya millisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Dieqo Souza həm də 90+3-cü dəqiqədə son qolun müəllifi olub. Digər qolları 62-ci dəqiqədə Tiaqo Silva, 75-ci dəqiqədə isə Tayson vurub.
Mənbə:> Report