“Qarabağ” 4 qat Azərbaycan çempionu oldu » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

“Qarabağ” 4 qat Azərbaycan çempionu oldu

“Qarabağ” 4 qat Azərbaycan çempionu oldu


Azərbaycan Premyer Liqasının qalibi sona 4 tur qalmış müəyyənləşib.

AzNews.info Report-a istinadən xəbər verir ki, bu, Ağdamın “Qarabağ” klubudur.

Baş məşqçi Qurban Qurbanovun komandası XXXII turda səfərdə ən yaxın izləyicisi “Zirə”ni 2:0 hesabı ilə məğlub edərək, xallarını 75-ə yüksəldib.

Qolları 28-ci dəqiqədə Dani Kintana, 74-cü dəqiqədə isə Reynaldo vurub.

Bu nəticədən sonra 60 xalla 2-ci pillədə qalan “Zirə” üçün qalan 4 turda 15 xallıq fərqi azaltmaq əlçatmaz olub.

Beləliklə, “Qarabağ” ardıcıl 3-cü mövsüm, tarixində isə 4-cü dəfə Azərbaycan çempionu adına layiq görülüb.

Ağdam təmsilçisi bu uğuru sayəsində 2016-2017 mövsümündə Azərbaycanı Çempionlar Liqasında təmsil etmək hüququna yiyələnib.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *