“Qarabağ” Avropada gerilədi
Avrokubokların 2018-ci il üçün ilk həftəsindən sonra klubların UEFA reytinqi açıqlanıb.
Oxu.Az xəbər verir ki, keçirilən 20 qarşılaşma son 5 mövsümün nəticələrinə əsasən tərtib edilən cədvəldə müəyyən dəyişikliklərə səbəb olub.
Avropanın 442 komandasının yer aldığı siyahıdakı ən yaxşı Azərbaycan klubunun da mövqeyi dəyişib. Belə ki, “Qarabağ” 1 pillə geriləyib.
İlk “yüzlük”dəki yeganə təmsilçimizi “Marsel” keçib. Fransa klubu Avropa Liqasının 1/16 finalında “Braqa”nı 3:0 hesabı ilə yenib və 67-ci pilləyə yüksəlib. Nəticədə “Qarabağ” və onunla eyni xala malik BATE və “Yanq Boyz” 69-cu yerə düşüb. Bu üç komandaya daha bir şərik çıxıb. Moskva “Lokomotiv”i “Nitsa”nı 3:2 məğlub etməsi sayəsində Qurban Qurbanovun yetirmələrinə çatıb.
Digər komandalarımızın mövqeləri dəyişməz qalıb. “Qəbələ” aktivindəki 5,250 xalla “Voyvodina” ilə 191-ci pilləni bölüşür. Azərbaycanın digər 5 klubunun öz əmsalı aşağı olduğundan ölkə reytinqindən aldıqları payla kifayətlənib. Nəticədə “Neftçi, “Xəzər Lənkəran”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3,825 xalla 244-cü yeri bölüşən 13 komanda arasında yer alıb.
Qeyd edək ki, siyahıya 150,000 xala malik “Real” başçılıq edir.
İlk “onluq”
1. “Real” – 150,000
2. “Barselona” – 126,000
3. “Bayern” – 125,000
4. “Atletiko” – 124,000
5. “Yuventus” – 121,000
6. PSJ – 109,000
7. “Sevilya” – 108,000
8. “Mançester Siti” – 99,000
9. “Borusia” Dortmund – 87,000
10. “Portu” – 85,000
“Qarabağ” və qonşuları
65-66. “Feyenoord” – 21,500
“Rapid” Vyana – 21,500
74. “Marsel” – 21,000
67. “Astana” – 20,750
69-72. “Qarabağ” – 20,500
“Yanq Boyz” – 20,500
BATE – 20,500
“Lokomotiv” Moskva – 20,500
73-73. “Selta” – 20,285
“Real Sosyedad” – 20,285
“Betis” – 20,285
76. “Trabzonspor” – 18,000
Digər Azərbaycan klubları
191. “Qəbələ” – 5,250
244-256. “Neftçi” – 3,825
“Keşlə” – 3,825
“Zirə” – 3,825
“Kəpəz” – 3,825
“Xəzər Lənkəran” – 3,825
Mənbə:> Oxu.Az