“Qarabağ” dünya reytinqdə irəlilədi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

“Qarabağ” dünya reytinqdə irəlilədi

“Qarabağ” dünya reytinqdə irəlilədi


Avropa klublarının mart ayı üçün reytinq siyahısı açıqlanıb.

AzNews.info xəbər verir ki, Apasport.az saytının məlumatına görə, Avropa ölkələrində yüksək liqa komandalarının hamısının yer aldığı cədvəldə Topaz Premyer Liqasının 10 iştirakçısı da var.

706 klubun adının olduğu siyahıda ən yüksək göstəriciyə malik Azərbaycan komandası “Qarabağ”dı. Daha 3 pillə irəliləyən ağdamlılar 212-ci yerdə qərar tutublar.

Ümumiyyətlə, 6 komandamız reytinqdə irəliləyib. Ən çox sıçrayışa “Kəpəz” nail olub. Gəncəlilər aktivlərinə 48 xal yazdıraraq, 19 komandanı qabaqlayıblar. “Sumqayıt” isə 11 addım irəliləyib.

“Qarabağ”dan sonra ən yüksək reytinqli komandamız olan “İnter” ötən cədvəllə müqayisədə 7 pillə geriləyib. “Xəzər Lənkəran” 11, “Qəbələ” isə 18 komandanı özündən irəli buraxıb.

Topaz Premyer Liqasındakı klublar:
212 (215) “Qarabağ” – 1916 xal (+15)
291 (284) “İnter” – 1644 (-20)
345 (327) “Qəbələ” – 1502 (-35)
370 (373) “Neftçi” – 1429 (+1)
390 (392) AZAL – 1360 (+3)
408 (406) “Zirə” – 1296 (0)
423 (442) “Kəpəz” – 1247 (+48)
441 (452) “Sumqayıt” – 1212 (+32)
478 (467) “Xəzər Lənkəran” – 1113 (-25)
535 (536) “Rəvan” – 926 (-18)

Qeyd: birinci mötərizə komandaların ötən reytinqdəki yerini, ikinci mötərizə isə son reytinqdən indiyə qədər topladıqları (və ya itirdikləri) xal sayını bildirir.

Siyahıya “Barselona” başçılıq edir. 38 oyundu məğlubiyyət üzü görməyən İspaniya çempionunun aktivindən 6 xal silinsə də, komanda rəqibləri üçün əlçatmaz olaraq qalır. Onu müvafiq olaraq “Real” və “Bavariya” izləyirlər. Ümumiyyətlə, ilk “10-luğ”u heç kim tərk etməyib. Yalnız “onluğ”un son sıralarında qərarlaşan “Arsenal”la “Mançester Siti” yerlərini dəyişiblər.

İlk “onluq”
1. “Barselona” (İspaniya) – 4566 xal
2. “Real” (İspaniya) – 4311
3. “Bavariya” (Almaniya) – 4062
4. “Atletiko” (İspaniya) – 3885
5. PSJ (Fransa) – 3813
6. “Yuventus” (İtaliya) – 3768
7. “Borussiya” (Dortmund, Almaniya) – 3568
8. “Sevilya” (İspaniya) – 3436
9. “Arsenal” (İngiltərə) – 3314
10. “Mançester Siti” (İngiltərə) – 3303

Türkiyə klublarından ən yaxşı göstəriciyə malik olan “Fənərbaxça” (2868) 8 pillə geriləyərək, 37-ci yerə enib. “Beşiktaş” 54-cü (2644 xal), “Qalatasaray” isə 70-ci (2502) yerdə qərarlaşıb.

Mənbə: Apasport.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *