“Qarabağ” “İnter”ə qalib gəldi – VİDEO
“Qarabağ” Topaz Premyer-Liqasının 15-ci turunun matçında “İnter”ə qalib gəlib.
Oxu.Az xəbər verir ki, görüş 1:0 hesabı ilə başa çatıb. 34-cü dəqiqədə yeganə qolu Dani vurub.
“Qarabağ” çempionatda ona yaxın pillədə yer alan “Qəbələ”dən 8 xal fərqi ilə liderlik edir.
“Qəbələ” daha öncə 15-ci tur çərçivəsində “Xəzər Lənkəran”a 1:0 hesabı ilə qalib gəlib. Digər “Neftçi” və “Zirə” arasında oyun 1:1 hesabı ilə başa çatıb.
Turun qalan iki - “Sumqayıt”-“Kəpəz” və “Rəvan”-“Azal” klubları arasında matçlar bu gün baş tutacaq.
Turnir cədvəli:
1. “Qarabağ” 35 xal (15 matç)
2. “Qəbələ” - 27 (15)
3. “Zirə” - 25 (15)
4. “İnter” - 24 (15)
5. “Neftçi” - 20 (15)
6. “Kəpəz” - 20 (14)
7. “Sumqayıt” - 12 (14)
8. “Xəzər-Lənkəran” - 12 (15)
9. AZAL - 12 (14)
10. “Rəvan” - 9 (14)
Mənbə:> Oxu.Az