PSJ altı futbolçusunu satışa çıxardı
Fransanın PSJ klubu UEFA tərəfindən diskvalifikasiyadan yayınmaq üçün altı futbolçusunu satışa çıxarıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə bazar ertəsi, sentyabrın 25-də, AS nəşri yazır.
Nəşrin məlumatına əsasən, UEFA Paris təmsilçisini “fair play” maliyyə qaydalarını pozacağı təqdirdə Çempionlar Liqasının 2018/2019 mövsümündən kənarlaşdıracağı barədə xəbərdarlıq edib. Bununla əlaqədar, klub rəhbərliyi Anxel Di Mariya, Xavyer Pastore, Lukas Moura, Yulian Draksler və Hatem Ben Arfanı satmağı qərara alıb.
UEFA PSJ-yə qarşı sentyabrın 1-dən araşdırmaya başlayıb. Klub “fair play” maliyyə qaydalarını pozmaqda şübhəli bilinir.
Yay transfer pəncərəsində PSJ “Barselona”dan 222 milyon avroya Neymarı transfer edib. “Monako”dan isə Kilian Mbappe sonradan satınalma şərti ilə icarəyə götürülüb. Hücumçuya görə PSJ “Monako”ya 180 milyon avro ödəyəcək.
Mənbə:> Oxu.Az