UEFA Qurban Qurbanova təşəkkür etdi
UEFA “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova Premyer-liqanın 7-ci mərhələsində “İnter”ə qarşı matçında alicənab davranışına görə təşəkkür edib.
Oxu.Az xəbər verir ki, UEFA-nın İcra Komitəsinin üzvü, UEFA-nın Fair Play sosial məsuliyyət Komitəsinin rəhbəri Piter Qilyerron Qurban Qurbanova məktub göndərib.
Qilyerron AFFA-nın baş katibi Elxan Məmmədovdan Qurban Qurbanovun etdiyi Fair Play jestini öyrənib.
“Siz öz futbolçunuza səhvən təyin olunmuş penaltidə rəqiblərinizin qapısına qol vurmamaq barədə təlimat vermisiniz. Bu, gözəl hərəkət idi, böyük idmançı əlaməti idi. Bizim Komitə sizə Fair Play qaydalarına riayət etdiyiniz üçün təşəkkür edir”.
Xatırladaq ki, “İnter”-“Qarabağ” matçı 1:0 hesabı ilə ağdamlıların xeyrinə başa çatıb.
Həmin görüşün baş arbitri Elvin Əsgərov ağdamlıların 1:0 hesabı ilə irəlidə olduqları matçın sonunda “İnter”in qapısına ədalətsiz penalti təyin edib. Qurban Qurbanov “Qarabağ” futbolçusu Elvin Məmmədova penaltidə qol vurmamaq barədə təlimat verib.
Məmmədov öz məşqçisinin sözündən çıxmayıb və topu yan vurub. Doğrudur, bir qədər sonra “Qarabağ” ikinci qolu vurub və 2:0 hesabı ilə qalib gəlib.
Mənbə:> Oxu.Az