Prosineçki Norveçə məğlubiyyətin səbəbini açıqladı
Bu gün bizim günümüz deyildi. Bir neçə şansımız olsa da, rəqib bizdən çox üstün idi. Ona görə də qələbəyə bizdən çox layiq idilər. 3 gündən sonra bizi növbəti oyun gözləyir. San Marino ilə matça hazırlaşacağıq".
Oxu.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki səfərdə Norveçə 0:2 hesabı ilə uduzduqları 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra mətbuat konfransında deyib.
Baş məşqçinin sözlərinə görə, problem futbolçuların çoxlu sayda səhvlərə yol vermələri və asanlıqla topu itirmələri olub.
“Qolları penaltidən və avtoqolla buraxdıq. Bugünkü məğlubiyyətin səbəbi çoxlu səhvlər idi. Belə səhvləri Norveç kimi komanda bağışlamır. Bizim də qol şanslarımız var idi. Amma istədiyimiz oyunu komandam sərgiləyə bilmədi.
Rəqib bizdən üstün idi. Bunu qəbul etmək lazımdır. Norveç güclü komandadır. Bu rəqiblə asanlıqla oynaya bilmərik. Komandamda istək var idi. Lakin çoxlu səhvlər üzündən bunu 90 dəqiqə ərzində göstərə bilmədik”, - deyə Prosineçki bildirib.
Mənbə:> Oxu.Az