Deniz Yılmaz: Qrupdan çıxacağımıza inanırıq » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Deniz Yılmaz: Qrupdan çıxacağımıza inanırıq

Deniz Yılmaz: Qrupdan çıxacağımıza inanırıq


Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmaz Almaniya yığmasına evdə 1:4 hesabı ilə uduzduqları 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra brifinq keçirib.

AzNews.info xəbər verir ki, Türkiyə “Bursaspor”unun hücumçusu Report-un da suallarını cavablandırıb.

- Sanki komanda yoldaşlarınla anlaşa bilmirdin...

- Xeyr, belə şey yoxdur.

- Azərbaycan millisinə böyük ümidlərlə cəlb edilsən də, ardıcıl ikinci oyuna start heyətdə başlamadın. Bu, sənin üçün problem olmadı?

- Xeyr, problem deyil. Baş məşqçi Robert Prosineçki necə qərar versə, ona hörmətlə yanaşacağam. Heyəti belə müəyyənləşdiribsə, bunun əleyhinə çıxa bilmərəm.

- Bir zamanlar Tomas Müllerlə Almaniya “Bavariya”sında birgə çıxış etmişdin. Onunla aranızda dialoqun oldu. Nədən söhbət etdiniz?

- Hələ dəyişən bir şey yoxdur. Müller köhnə komanda yoldaşımdır. Bir-birimizi yaxşı anlayırıq. Yenidən ünsiyyətdə olduğumuz üçün xoşbəxtik.

- Millinin qrupdan çıxma şanslarını necə dəyərləndirirsən?

- Pozitiv düşünürük. Hələ irəlidə çoxlu matçımız var. Qrupdan çıxacağımıza inanırıq.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *