“Qarabağ” braziliyalı futbolçunu heyətinə qatdı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

“Qarabağ” braziliyalı futbolçunu heyətinə qatdı – RƏSMİ

“Qarabağ” braziliyalı futbolçunu heyətinə qatdı


Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” növbəti transferini rəsmiləşdirib.

Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi PAOK-un braziliyalı hücumçusu Pedro Enrikeni heyətinə qatıb.

Klublar arasında uzun müddətdir aparılan danışıqlar, nəhayət ki, müsbət nəticələnib.

Razılığa əsasən, birillik icarəyə götürülən futbolçu özünü doğrulda bilsə, “Qarabağ” onu gələn il 2 və ya 2,5 milyon avroya birdəfəlik transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, Pedro Enrike Konzen Medina da Silva PAOK-a keçən il “Renn” klubundan keçib. Braziliyalı hücumçu ötən mövsüm Yunanıstan klubunun heyətində 26 matçda 6 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *