KİV: “Qarabağ”ın hücumçusu Türkiyəyə transfer olub » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

KİV: “Qarabağ”ın hücumçusu Türkiyəyə transfer olub

KİV: “Qarabağ”ın hücumçusu Türkiyəyə transfer olub


“Qarabağ”ın hücumçusu Reynaldo karyerasını Türkiyədə davam etdirəcək.

AzNews.info Apasport.az-a istinadla xəbər verir ki, bu barədə məlumatı qonşu ölkənin “ajansspor.com” saytı yayıb.

Xəbərdə bildirilir ki, braziliyalı forvard Superliqa təmsilçisi “Adanaspor”la, nəhayət ki, ortaq məxrəcə gəlib. Baş məşqçi Levent Şahinin israrla heyətində görmək istədiyi 27 yaşlı oyunçu klubla hərtərəfli anlaşıb. Lakin transferin detalları barədə məlumat verilməyib.

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bu məsələnin aktual olmadığını bildirib: “Reynaldo dünən komanda ilə birlikdə Bakıya qayıdıb. Hazırda kollektivlə birlikdə məşqlərdə iştirak edir. Yəni onun transferi məsələsi gündəmimizdə deyil”.

Qeyd edək ki, Reynaldo bu mövsüm “Qarabağ”ın heyətində 21 oyunda iştirak edib, 6 qola imza atıb.

Mənbə: Apasport
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *