“Qəbələ” üçün şans – “Panatinaikos” sınağına doğru
Bu gün “Qəbələ” komandası Avropa Liqasında növbəti oyununa çıxacaq.
AzNews.info-nun Report-a istinadla məlumatına görə, Roman Qriqorçukun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab matçı çərçivəsində Yunanıstan təmsilçisi “Panatinaikos”u qəbul edəcək.
Bakıda baş tutacaq görüş həlledici xarakter daşıyır. Səfərdə afinalılara 1:0 hesabı ilə uduzan “Qəbələ” “play-off” mərhələsinə vəsiqə qazanmaqdan ötrü mütləq qalib gəlməlidir. Üstəlik, “qırmızı-qaralar” üçün qapılarını toxunulmaz saxlmaq da önəmlidir. Rəqib paytaxtda fərqlənərsə, qəbələlilər üçün iki top fərqi ilə qələbə qazanmaq zərurəti yaranacaq.
Qeyd edək ki, “Qəbələ” 2 il əvvəl Avropa Liqasının “play-off” mərhələsində “Panatinaikos”u səfər qolları (0:0,2:2) hesabına mübarizədən kənarlaşdırıb.
Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
3 avqust
21:00. “Qəbələ” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan)
Baş hakim: Kreyq Pauson
Baş hakimin köməkçiləri: Li Betts, Adam Nunn
Dördüncü hakim: Kevin Friend (hakimlər briqadası İngiltərədəndir)
Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)
UEFA nümayəndəsi: Aloyziye Şupraha (Xorvatiya)
Bakı. “8-ci km stadionu”
İlk oyun – 1:0
Mənbə:> Report.az