Fatih Terimlə kürəkənləri əlbəyaxa oldu
Türkiyə millisinin baş məşqçisi Fatih Terim qalmaqala qarışıb.
AzNews.info-nun Apasport.az-a istinadla məlumatına görə, təcrübəli mütəxəssis dava iştirakçısı olub.
Belə ki, bir kabab restoranında Terimlə yanında olduğu iddia edilən kürəkənləri Volkan Bahçakapılı və Ahmet Baran oranın işçiləri ilə əlbəyaxa olublar. Restoran əməkdaşlarının polisə verdiyi ifadəyə görə, Terimin yanındakılar məkandakı oturacaqları qırıb və onları döyüblər.
Hadisənin baş verməsinə səbəb kimi kürəkənlərdən birinin dükanı ilə restoran arasındakı hasar göstərilir. Maraqlıdı ki, restoran sahibi olan Selahattin adlı şəxs “Qalatasaray” klubunun üzvüdü və eyni zamanda Türkiyə Futbol Federasiyasında vəzifəsi var.
Fatih Terim və kürəkənləri hələlik bu məsələ ilə bağlı açıqlama verməyib.
Mənbə:> Apasport.az