Terror Türkiyə futbolunu vurdu
Türkiyə Superliqasında 27-ci turun oyunları təxirə salınıb.
ANS PRESS-in məlumatına görə, buna ötən tur çərçivəsində keçirilmiş "Rizespor" - "Fənərbağça" oyunundan (1:5) sonra İstanbul klubunun avtobusuna silahlı hücum səbəb olub.
Müvafiq qərar Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən, gənclər və idman naziri Akif Çağatay Kılıç, millinin baş məşqçisi Fatih Terim və digər səlahiyyətli şəxslərin iştirak etdiyi toplantıda verilib.
27-ci turun oyunlarının bir həftəlik təxirə salındığı deyilir.
Mənbə:> ANSPRESS