Türkiyə millisinin qapıçısı azarkeşlərin söyüşlərinə görə stadiondan getdi - VİDEO
Türkiyə millisinin və "Fənərbaxça"nın qapıçısı Volkan Dəmirəl oyun başlamadan stadionu tərk edib. Buna "Qalatasaray"ın ev oyunlarının keçirdiyi "Türk Telekom Arena"da bir qrup azarkeşin qapıçını fitə basması və təhqiramiz şüarlar səsləndirməsi səbəb olub.
Volkan Dəmirəl meydançanı tərk edərək soyunma otağına, oradan isə evə gedib. Bu hadisədən sonra baş mışqçi Fatih Terim heyətdə dəyişiklik etməli olub və Volkan Dəmirəlin yerinə meydana Volkan Babacanı çıxarıb. (musavat.com)
Mənbə:> musavat.com