“Bavariya” Ginnesin rekordlar kitabına düşüb – FOTO
Münhenin “Bavariya” komandası xüsusi rekord ilə Ginnesin rekordlar kitabına düşüb.
Oxu.Az xəbər verir ki, Karlo Ançelottinin yetirmələri Çempionlar Liqasında 16 matçda qələbə qazanaraq dünya rekordu vurublar.
“Belə mükafatları tez-tez almaq olmur. Mənim üçün bu ilkdir, baxmayaraq ki, mükafatlarım çoxdur”, - bunu Tomas Miller ilə birgə komandanın adından sertifikat alan komandanın kapitanı Filipp Lam bildirib.
Qeyd edək ki, “Bavariya”nın rekord seriyası 2014-cü ilin sentyabr ayının 14-dən “Mançester Siti” komandasına 1:0 hesabı ilə qalib gəldikdən sonra başlayıb, rekord isə 2017-ci ilin fevral ayının 15-də “Arsenal”a 5:1 hesabı ilə qalib gəldikdən sonra olub.
Mənbə:> Oxu.Az