Britaniyalı saqqallı qadın Ginnesin Rekordlar kitabına düşdü – FOTO
Böyük Britaniya sakini, 24 yaşlı Harnaam Kaur ən uzun saqqal olan qadın kimi Ginnesin Rekordlar kitabına düşüb.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Kaur tüklərin uzanmasına səbəb olan xəstəliyə düçar olub.
Qız komplekslərin, eləcə də ətrafdakıların istehzasının öhdəsindən gəlmək üçün 15 sm-lik saqqal uzatdığını danışıb.
Bu ilin martında Harnaam Londonda yüksək moda dəfiləsində podiuma çıxaraq ilk saqqallı model olub.
Mənbə:> Oxu.az