Messi Argentina yığmasına qayıdır » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Messi Argentina yığmasına qayıdır

Messi Argentina yığmasına qayıdır


AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə L.Messi rəsmi açıqlama yayıb.

“Mən ölkəmi sevirəm. Bu gün Argentina futbolunda problem az deyil. Odur ki, mən əlavə çətinlik yaratmaq niyyətində deyiləm”, deyə L.Bildirib.

L.Messi iyunun sonunda yığmada karyerasını başa vurduğunu bəyan etmişdi.

O, bu qərarını Amerika Kubokunun finalında Argentinanın Çiliyə məğlub olmasından sonra açıqlamışdı. "Mənim üçün Argentina yığmasında hər şey bitdi. Bu mənim qərarımdır", - deyə hücumçu bildirmişdi.

Qeyd edək ki, Argentina yığması Messi ilə birgə 2007, 2015 və 2016-cı illərdə Amerika Kuboku, 2014-cü ildə isə dünya çempionatının finalında məğlub olub.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *