Messi penaltini vura bilmədi və Argentina yığması uduzdu » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol, Video

Messi penaltini vura bilmədi və Argentina yığması uduzdu – VİDEO

Messi penaltini vura bilmədi və Argentina yığması uduzdu


Çili yığması tarixində ikinci dəfə futbol üzrə Amerika Kubokunun qalibi olub.

Oxu.Az xəbər verir ki, ABŞ-ın Nyu-Cersi şəhərinin “Metlayf” stadionunda keçirilən final oyununda Xuan Antonio Pizzinin yetirmələri Argentina komandası ilə qarşılaşıblar.

Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmadığından qalibi müəyyənləşdirmək üçün on bir metrlik cərimə zərbələri seriyası təyin olunub.

Penalti zərbələrini daha dəqiq yerinə yetirən Çili yığması 4:2 hesabı ilə qələbə qazanaraq Amerika kubokunun qalibi olub.

Argentina millisinin heyətində Lionel Messi və Lukas Bilya penalti zərbəsini dəqiq yerinə yetirməyiblər.

Bununla, Çili komandası ardıcıl ikinci dəfədir ki, Amerika kubokuna sahib çıxıb. Xuan Antonio Pizzinin yetirmələri bir il əvvəl də Arqentina yığmasını oyundan sonrakı penaltilər seriyasında məğlub etmişdilər.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *