Qrizmanın dublu Fransanı növbəti mərhələyə çıxardı
Fransa yığması futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində İrlandiya millisini məğlub edib.
Oxu.Az xəbər verir ki, matç iyunun 26-da Lyonun “Stad de Lümer” stadionunda keçirilib. Didye Deşamın yetirmələri 2:1 hesablı qələbə qazanıblar.
Hesabı 3-cü dəqiqədə İrlandiya komandası açıb. Robert Breydi penalti zərbəsini dəqiq yerinə yetirərək çempionatın ən tez qolunu vurub.
Bundan sonra üstünlüyə ələ keçirən fransızlar 57 və 61-ci dəqiqələrdə Antuan Qrizmanın vurduğu qollarla görüşdən qalib ayrılıblar.
Növbəti mərhələdə Fransa komandası İngiltərə-İslandiya matçının qalibi ilə qarşılaşacaq.
Mənbə:> Oxu.Az