“Qəbələ” Fransadan sərfəli nəticə ilə dönür
Oxu.Az xəbər verir ki, Azərbaycanın “Qəbələ” klubu səfərdə Fransanın “Lill” komandasının qonağı olub.
“Metropol” stadionunda keçirilən matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Qarşılaşmada hesabı 13-cü dəqiqədə Roman Qriqorçukun yetirmələri açıblar. Vitali Vernidub fərqlənib.
“Lill” 47-ci dəqiqədə Rayan Mendeşin baş zərbəsindən sonra hesabda bərabərlik yarada bilib. Oyun elə bu hesabla da başa çatıb.
Cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.
Mənbə:> Oxu.Az