“Qəbələ” Gürcüstan klubunu darmadağın etdi – VİDEO
“Qəbələ” klubu Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Bakcell Arena”da Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, oyun Roman Qriqorçukun yetirmələrinin böyük hesablı qələbəsi ilə başa çatıb - 5:1.
“Qəbələ”nin heyətində Teo Uiks het-trikə imza atıb (30, 69 və 72-ci dəq.). Hərəyə bir dəfə isə Voyslav Stankoviç (16 dəq.) və Sergey Zenyov fərqləniblər (19 dəq.).
Qonaqların heyətində təsəlli qolunu matçın 59-cu dəqiqəsində Laşa Şerqelaşvili vurub.
Cavab qarşılaşması bir həftə sonra, iyulun 7-də, Gürcüstanda keçiriləcək.
“Qəbələ” cavab görüşündən sərfəli nəticə ilə dönərsə “Aktobe” (Qazaxıstan) - “Budapeşt” (Macarıstan) cütlüyünün qalibi ilə qarşılaşacaq.
Mənbə:> Oxu.Az