"Qarabağ"ın rəqibini daha yaxından tanıyaq
Bu gün Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionalr Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Ölkəmizi avropanın ən nüfuzlu klub turnirində təmsil edən "Qarabağ"ın da rəqibi məlum oldu. Çempionumuz bu mərhələdə Çexiyanın "SK Viktoriya Plzen" komandası ilə qarşılaşa bilər. Bunun üçün təmsilçimiz ilk öncə “Düdelanj” səddini keçməlidi.
Faktor.az rəqibi daha yaxından araşdırıb.
Çexiyanın Plze şəhərində 1911-ci ildə yaradılmış "SK Viktoriya Plze" adı ilə qurulmuş futbol klubu bu günə qədər bir neçə dəfə adı dəyişsədə, son olaraq 1993-ci ildə indiki adını almışdır. Komanda ev oyunlarını 11700 azarkeş tutumu olan "Doosan Arena" stadionunda keçirir.
İlk çempionluğunu 2010-11 sezonunda qazanan "SK Viktoriya Plze" bu günə qədər 4 dəfə ölkə çempionu olmağı bacarıb. Bundan başqa komanda 2009-10 mövsümündə Çexiya Kubokunu, 2010-11 və 2015-16 mövsümlərində isə Çexiya Super Kubokunu əldə edib.
"SK Viktoriya Plze" komandası avropada ümumilikdə 62 matçda 31 qalibiyyət, 9 bərabərlik, 22 məğlubiyyət əldə edib.
Avrokuboklarda komandanın heyətində ən çox oyun keçirən futbolçu 51 oyunla David Limbersky, ən çox qol vuran oyunçuları isə 13 qolla Marek Bakos və Daniel Kolardır.
Avropa kuboklarında əldə etdikləri böyükhesablı qalibiyyət 2012-13 mövsümü UEFA Avropa Liqası 2-ci seçmə mərhələsində "Ruch" komandası ilə oyunda 5-0 ilə qazanıb.
Ən böyükhesablı məğlubiyyəti isə Almaniyanın "Bavariya" komandasından alıblar 6-1, 5-0.
UEFA reytinqidə 44.585 xalla 43-cü yerdə qərarlaşıb.
Mənbə:> Faktor.az