AÇ-2016: Almaniya yarımfinalda! » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol, Video

AÇ-2016: Almaniya yarımfinalda! – VİDEO

AÇ-2016: Almaniya yarımfinalda!


Avropa çempionatının 1/4 final mərhələsinin növbəti oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, yarımfinal uğrunda iki Avropa nəhəngi – Almaniya ilə İtaliya mübarizə aparıblar.

Matçın ilk hissəsi təhlükəli epizodların azlığı ilə diqqət çəkib. İkinci hissədə isə iki qol olub. Tərəflər hərəyə bir dəfə fərqləniblər. Məsut Özilin 65-ci dəqiqədə hesabı açmasından 13 dəqiqə sonra Bonuççi Jerom Boatenqin əllə oynadığına görə təyin olunan penalti ilə "status-kvo"nu bərpa edib. Qalan vaxtda və əlavə edilmiş yarım saatda başqa qol olmayınca 3-cü yarımfinalçını təyin etmək üçün penaltilərə müraciət olunub.

Əsas həyəcan isə bu zaman yaşanıb. Hər iki tərəfdən qeyri-dəqiqlik çox olduğu üçün 9 nəfər zərbə vurmalı olub. Yekunda isə Almaniya millisi 6:5 hesabı ilə qalib gələrək yarımfinala adlayan tərəf olub.

Avropa çempionatı
1/4 final
2 iyul

Almaniya – İtaliya - 1:1 (Pen: 6:5)
Qollar: Məsut Özil, 65 - Bonuççi, 78 (pen.)


Baş hakim: Viktor Kassai
Yan xətt hakimləri: Qyorqi Rinq, Vençel Töt
Əlavə köməkçi hakimlər: Tamas Boqnar, Adam Farkaş (hamısı Macarıstan)
Dördüncü hakim: Simon Marçinyak

Almaniya: 1. Manuel Noyer (k), 3. Yonas Hektor, 4. Benedikt Hövedes, 5. Mats Hummels, 6. Sami Kxedira, 8. Mesut Özil, 13. Tomas Müller, 17. Jerom Boatenq, 18. Toni Kroos, 21. Coşua Kimmix, 23. Mario Qomes
Ehtiyat oyunçular: 12. Bernd Leno, 22. Mark-Andre ter Şteqen, 2. Şkodran Mustafi, 7. Bastian Şvaynştayger, 9. Andre Şürrle, 10. Lukas Podolski, 11. Yulian Draksler, 14. Əmrə Can, 15. Yulian Veyql, 16. Conatan Tah, 19. Mario Getse, 20. Leroy Sane
Baş məşqçi: Yoahim Löv


İtaliya: 1. Canluici Buffon, 2. Mattia de Şilyo, 3. Corcio Kyellini, 8. Alesandro Florenzi, 9. Qraziano Pelle, 14. Stefano Sturaro, 15. Andrea Barzalyi, 17. Eder, 18. Marko Parolo, 19. Leonordo Bonuççi, 23. Emanuele Caççerini
Ehtiyat oyunçular: 12. Salvator Siriqu, 13. Federiko Marketti, 4. Matteo Darmian, 5. Angelo Oqbonna, 6. Antonio Kandreva, 7. Simone Zaza, 10. Tyaqo Motta, 16. Daniele de Rossi, 21. Federiko Bernardeski, 11. Çiro İmmobile, 20. Lorenzo İnsinye, 22. Stefan El Şaravi
Baş məşqçi: Antonio Konte

Mənbə: Apasport
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *