"Qalatasaray" ilə "Beşiktaş"ın qocaman ulduzu milliyə çağırıldı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

"Qalatasaray" ilə "Beşiktaş"ın qocaman ulduzu milliyə çağırıldı

"Qalatasaray" ilə "Beşiktaş"ın qocaman ulduzu milliyə çağırıldı


Almaniya yığması Avropa çempionatına geniş heyətini açıqlayıb. ANS PRESS-in məlumatına görə, "Qalatasaray" və "Beşiktaş" klubunun hücumçuları Lukas Podolski ilə Mario Qomes heyətə daxil olub.

Bir neçə gündən sonra Yoxam Lövun rəhbərlik etdiyi yığma komandanın yekun heyəti bilinəcək. Hansı ki, 23 futbolçunun adı olacaq. Ümumilikdə 27 oyunçudan 10-u legioner həyatı yaşayır.

Almaniya yığmasının heyəti:

Qapıçılar: Manuel Noyer (“Bavariya”), Bernd Leno (“Bayer”), Mark-Andre ter Ştegen (“Barselona”, İspaniya)

Müdafiəçilər: Jerom Boatenq, Joşua Kimmix (hər ikisi “Bavariya”), Emre Can (“Liverpul”, İngiltərə), Conas Ektor (“Köln”), Benedikt Hövedes (“Şalke”), Mats Hummels (“Borussiya” Dortmund), Şkodran Mustafi (“Valensiya”, İspaniya), Sebastyan Rudi (“Hoffenhaym”), Antonio Rudiger (“Roma”, İtaliya)

Yarımmüdafiəçilər: Sami Xedira (“Yuventus”, İtaliya), Bastian Şvaynştayger (“Mançester Yunayted”, İngiltərə), Məsut Özil (“Arsenal”, İngiltərə), Yulian Draksler (“Volfsburq”), Toni Kroos (“Real”, İspaniya), Mario Getze (“Bavariya”), Kərim Bellarabi (“Bayer”), Yulian Veyql (“Borussiya” Dortmund)

Hücumçular: Andre Şürrle (“Volfsburq”), Tomas Müller (“Bavariya”), Lukas Podolski (“Qalatasaray”, Türkiyə), Marko Roys (“Borussiya” Dortmund), Mario Qomes (“Beşiktaş”, Türkiyə), Yulian Brandt (“Bayer”), Leroy Sane (“Şalke”).

Avropa çempionatın 10 iyundan 10 iyula kimi baş tutacaq. Almaniya yığması çempionatda C qrupunda mübarizə aparacaq. 4 qat dünya çempionu qrup mərhələsində Ukrayna, Polşa və Şimali İrlandiya ilə qarşılaşacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *