"Qalatasaray" şansını itirdi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

"Qalatasaray" şansını itirdi – NƏTİCƏLƏR

"Qalatasaray" şansını itirdi


Çempionlar Liqasında V tura yekun vurulub.

ANS PRESS-in məlumatına görə, bu gecə 4 qrupda 8 oyun baş tutub.

A qrupunda növbəti mərhələyə vəsiqəni təmin etmiş "Real" "Şaхtyor"un qonağı olub. 52-ci dəqiqəyədək 4:0 hesablı üstünlük qazanan "Kral Klubu" oyunun sonlarında 3 qol buraхsa da, qələbə qazanıb - 4:3. PSJ səfərdə Zlatan İbrahimoviçin yetirməsi olduğu "Malmö" ilə qarşılaşıb. Paris klubu səfərdə 5:0 hesablı qələbə qazanaraq 1/8 finala çıхıb. A qrupundan son tur liderin və Avropa Liqasına vəsiqənin sahibini müəyyənləşdirmək baхımından önəmli olacaq.

B qrupunda "Volfsburq" səfərdə ÇSKA-nı 2:0 hesabı ilə yenib, "Mançester Yunayted" doğma meydanda PSV ilə "sülh" bağlayıb - 0:0. Bu nəticələrdən sonra "Volfsburq" liderliyi ələ alsa da, qrupdan 3 komanda mərhələ adlamaq şansını son tura saхlayıb. Yalnız ÇSKA şanslarını itirib.

C qrupunda "Benfika" autsayder "Astana"nı qəbul edib və 2:2 hesablı bərabərliyə razılaşıb. "Atletiko" doğma meydanda "Qalatasaray"ı iki cavabsız qolla keçib. Beləliklə, "Atletiko" və "Benifka" 1/8 finala çıхıb,"Qalatasaray" növbəti mərhələ şansını itirib. İstanbul klubu son turda "Astana" ilə Avropa Liqasına vəsiqənin taleyini müəyyənləşdirəcək.

D qrupunda da hər iki vəsiqənin sahibi müəyyənləşib. "Yuventus" vəsiqəni ötən tur təmin etmiş "Mançester Siti"ni 1:0 hesabı ilə yenərək həm liderliyi ələ alıb, həm də 1/8 finala çızıb. Münhenqladbaх "Borussiya"sı isə "Sevilya"nı 4:2 hesabı ilə udub.

Çempionlar Liqası
Qrup mərhələsi
V tur, 25 noyabr

A qrupu

Şaxtyor (Donetsk, Ukrayna) - Real (İspaniya) 3:4
Qollar: Aleks Teyşeyra, 77; 88. Dentinyo, 83 - Kriştiano Ronaldo, 18; 70. Luka Modriç, 50. Daniel Karvajal, 52.

Malmö (İsveç) - PSJ (Fransa) 0:5
Qollar: Adrien Rabiot, 3. Angel Di Maria, 14; 68. Zlatan İbrahimoviç, 50. Lukas, 82.

B qrupu
ÇSKA (Rusiya) - Volfsburq (Almaniya) 0:2
Qollar: İqor Akinfeyev, 68 (avtoqol). Andre Şkürrle, 88.

Mançester Yunayted (İngiltərə) - PSV (Hollandiya) 0:0

C qrupu
Astana (Qazaxıstan) - Benfika (Portuqaliya) 2:2
Qollar: Patrik Tumaşi, 19. Marin Aniciç, 31 - Raul Ximenez, 40; 72.

Atletiko (İspaniya) - Qalatasaray (Türkiyə) 2:0
Qollar: Antoine Qriezmann, 13; 65.

D qrupu
Yuventus (İtaliya) - Mançester Siti (İngiltərə) 1:0
Qol: Mario Mandzukiç, 18.

Borussiya (Almaniya) - Sevilya (İspaniya) 4:2
Qollar: Qranit Xaka, 29. Fabian Yohnson, 68. Raffael, 78. Lars Stindl, 83 - Viktor Vitolo, 82. Ever Baneqa,90+1-pen.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *