İspanlar türklərə heç bir şans vermədi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

İspanlar türklərə heç bir şans vermədi

İspanlar türklərə heç bir şans vermədi


Avropa çempionatının qrup mərhələsinin ikinci turu çərçivəsində daha 3 oyun keçirilib. Apasport.az saytının məlumatına görə, iki matç D qrupunda, bir qarşılaşma isə E qrupunda baş tutub.

İlk olaraq meydana İtaliya və İsveç milliləri çıxıblar. Ötən oyunda Belçikaya qalib gələrək səviyyəsini ortaya qoyan Antonio Kontenin yetirmələri İsveç qarşısında da 3 xal qazanıblar. 88-ci dəqiqədə Eder matçın yeganə qoluna imza atıb. Bu qələbə ilə İtaliya millisi 1/8 finalda oynamağı təmin edib.

D qrupunda oynanılan Çexiya – Xorvatiya qarşılaşması daha maraqlı mübarizə şəraitində keçib. Oyunun gedişində Perisiç və Rakitiçin qolları ilə 2:0 önə keçən balkanlılar bu üstünlüyünü sona qədər qoruya bilməyiblər. 76-cı dəqiqədə Skoda, oyuna əlavə olunmuş 6-cı dəqiqədə isə Netsid penaltidən fərqlənərək, yekunda Çexiyaya bir xal qazandırıblar.

Türkiyə millisi isə İspaniya qarşısında növbəti fiaskosunu yaşayıb. İlk matçda Xorvatiya qarşısında bərbad oyunla məğlub olan Fatih Terimin yetirmələri bu görüşdə də varlıq göstərə bilməyiblər. Çox rahat oynayan son Avropa çempionu İspaniya 3:0 hesablı qələbə ilə qrupdan çıxmağı təmin ediblər.


Avropa çempionatı
Qrup mərhələsi
II tur
17 iyun

D qrupu
İspaniya – Türkiyə - 3:0

Qollar: Morata, 35, 48, Nolito, 37

Baş hakim: Milorad Maziç
Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Corcyeviç
Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Cokiç (hamısı Serbiya)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Ehtiyat yan xətt hakimi: Vitali Malutsin (Belarus)
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)
UEFA nümayəndəsi: Byorn Vassallo (Malta)
Nitsa. Şəhər stadionu

İspaniya: 13. David de Xea, 15. Serxio Ramos (k), 3. Xerard Pike, 16. Xuanfran, 18. Xordi Alba, 5. Serxio Buskets, 6. Andres İnyesta, 10. Sesk Fabreqas, 21. David Silva, 22. Nolito, 7. Alvaro Morata
Ehtiyat oyunçular: 1. İker Kasilyas, 23. Serxio Riko, 2. Sezar Azpilikueta, 4. Mark Bartra, 8. Koke, 9. Lukas Vaskes, 12. Ektor Bellerin, 17. Mikel San Xose, 19. Bruno Soriano, 11. Pedro Rodriges, 20. Aritz Aduriz, 14. Tiaqo Alkantara

Türkiyə: 1. Volkan Babacan (q), 3. Hakan Balta, 6. Hakan Çalhanoğlu, 7. Gökhan Gönül, 8. Selçuq İnan, 10. Arda Turan (k), 14. Oğuzhan Özyakup, 15. Mehmet Topal, 16. Ozan Tufan, 17. Burak Yılmaz, 18. Caner Erkin
Ehtiyat oyunçular: 12. Onur Kıvrak (q), 23. Harun Tekin (q), 2. Semih Kaya, 4. Ahmet Çalık, 5. Nuri Şahin, 9. Cenk Tosun, 11. Olcay Şahan, 13. İsmayıl Köybaşı, 19. Yunus Mallı, 20. Volkan Şen, 22. Şener Özbayraklı, 21. Emre Mor, 69

Çexiya - Xorvatiya - 2:2
Qollar: Skoda, 76, Netsid, 90+2 (pen.) - Perisiç, 37, Rakitiç, 58

Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Cek Kollin
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)
Ehtiyat yan xətt hakimi: Damianos Eftimiadis (Yunanıstan)
Hakim-inspektor: Vlado Sayn (Sloveniya)
UEFA nümayəndəsi: Nodar Axalkatsi (Gürcüstan)
Sent-Etyen. “Joffrua Qişar” stadionu

Çexiya: 1. Petr Çex, 2. Pavel Kaderabek, 5. Roman Hubnik, 6. Tomas Sivok, 8. David Limberski, 10. Tomaş Rositski (k), 13. Yaroslav Plaşil (7. Tomaş Netsid, 86), 19. Ladislav Kreyçi, 20. Yiri Skalak (12. Milan Şkoda, 67), 22. Vladimir Darida, 21. David Lafata (18. Josef Sural, 67)
Ehtiyat oyunçular: 16. Tomaş Vaçlik, 23. Tomaş Kubek, 3. Mixal Kadleç, 4. Teodor Gebre Selassie, 9. Borek Dokal, 11. Daniel Pudil, 14. Daniel Kolar, 15. David Pavelka

Xorvatiya: 23. Daniel Subaşiç (q), 3. İvan Ştirniç, 4. İvan Perisiç, 5. Vedran Çorluka, 7. İvan Rakitiç, 10. Luka Modriç ( 8. Mateo Kovaçiç, 62), 11. Dario Srna (k), 14. Marselo Brozoviç, 17. Mario Mancukiç, 19. Milan Badelj, 21. Domoqoy Vida
Ehtiyat oyunçular: 1. İvan Vargiç (q), 12. Lovre Kaliniç (q), 2. Sime Versaliko, 6. Tin Yedvay, 15. Marko Roq, 16. Nikola Kaliniç, 18. Ante Çoriç, 22. Duje Çop, 9. Andre Kramariç, 13. Qordon Şildenfeld, 20. Marko Pyaça


E qrupu
İtaliya - İsveç - 1:0

Qol: Eder, 88

Baş hakim: Viktor Kaşşai
Yan xətt hakimləri: Qyorgi Rinq, Vensel Tot
Əlavə köməkçi hakimlər: Tamaş Bonyar, Adam Farkaş (hamısı Macarıstan)
Dördüncü hakim: Klemen Turpin (Fransa)
Ehtiyat yan xətt hakimi: Nikola Danos (Fransa)
Hakim-inspektor: Devid Elleri (İngiltərə)
UEFA nümayəndəsi: Aleş Zavrl (Sloveniya)
Tuluza. Şəhər stadionu

İtaliya: 1. Canluici Buffon, 3. Corcio Kyellini, 6. Antonio Kandreva, 8. Alesandro Florenzi (14. Stefano Sturaro, 85), 9. Qraziano Pelle (7. Simone Zaza, 60), 15. Andrea Barzalyi, 16. Daniele de Rossi (10. Tyaqo Motta, 74), 17. Eder, 18. Marko Parolo, 19. Leonordo Bonuççi, 23. Emanuele Caççerini
Ehtiyat oyunçular: 12. Salvator Siriqu, 13. Federiko Marketti, 2. Mattia de Şilyo, 4. Matteo Darmian, 5. Angelo Oqbonna, 21. Federiko Bernardeski, 11. Çiro İmmobile, 20. Lorenzo İnsinye, 22. Stefan El Şaravi
Baş məşqçi: Antonio Konte
İsveç: 1. Andreas İsaksson, 4. Anderas Qranqvist, 14. Viktor Lindelof, 5. Martin Ollson, 6. Emil Forsberq (21. Cimmi Durmaz, 79), 7. Sebastian Larsson, 9. Kim Çöllstrem, 10. Zlatan İbrahimoviç, 3. Erik Yohansson, 8. Albin Ekdal (18. Oskar Leviçki, 79), 20. Con Quydetti (11. Markus Berq, 85)
Ehtiyat oyunçular: 12. Robin Olsen, 23. Patrik Karlqrin, 13. Pontus Yansson, 2. Mikael Lüstiq, 17. Lüdviq Auqustinsson, 15. Oskar Hilyemark, 16. Pontus Vernblum, 22. Erkan Zengin, 19. Emir Kuyoviç
Baş məşqçi: Erik Hamren

Mənbə: Apasport
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *