AÇ-2016: İtaliya və İspaniyadan qələbə, İsveç heç-heçə ilə başladı – VİDEO
AÇ-2016-nın qrup mərhələsinin ilk turu çərçivəsində daha 3 qarşılaşma baş tutub. Apasport.az saytının məlumatına görə, meydana ilk olaraq son çempion İspaniya millisi çıxıb.
D qrupunda yer alan “buğalar” Fransaya seçmə mərhələnin lideri kimi gəlmiş Çexiya ilə qarşılaşıblar. Visente del Boskenin yetirmələri çətin keçən oyundan minimalhesablı qalibiyətlə ayrılıblar. Cerard Pike 87-ci dəqiqədə komandasının yeganə qoluna imza atıb.
E qrupunda isə iki görüş keçirilib. İlk olaraq İrlandiya İsveçlə oynayıb. Tərəflər hərəyə bir dəfə fərqlənməklə turnirə heç-heçə ilə start veriblər.
Daha sonra isə meydana Belçika və İtaliya milliləri çıxıblar. Yüksək səviyyəli oyunçulardan qurulmuş heyəti ilə çempionluğa əsas namizədlərdən biri olan “qırmızı şeytanlar”ın nəsildəyişmə prosesi keçirən İtaliya ilə qarşılaşması gözlənildiyi kimi maraqlı mübarizə şəraitində keçib. Qarşılıqlı hücumlarla başlayan matçda hesabı 32-ci dəqiqədə açılıb. Emanuele Giaçerini təkbətəki boşa verməyib.
Qoldan sonrakı təxminən bir saatı hücumda keçirən Belçika millisinin bütün cəhdləri faydasız qalıb. Olduqca soyuqqanlı şəkildə müdafiə olunan İtaliya millisi və Buffon qapısının toxunulmazlığını qoruyub-saxlaya bilib. Əvəzində isə qarşılaşmanın son saniyələrində Pelle yekun nəticəni təyin edib - 2:0.
Avropa çempionatı
Qrup mərhələsi
13 iyun
E qrupu
Belçika - İtaliya - 0:2
Qollar: Emanuele Giaçerini, 32, Pelle, 90+3
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Cek Kollin
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Karlos del Kerro Qrande (İspaniya)
Ehtiyat yan xətt hakimi: Xuan Yuste Ximenes (İspaniya)
Hakim-inspektor: Damyar Damkova (Çexiya)
UEFA nümayəndəsi: Martin Sturkenbum (Hollandiya)
Lion. Şəhər stadionu
Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyld, 3. Tomas Vermalen, 4. Raca Naynqolan (14. Drays Mertens, 61), 5. Yan Vertongen, 6. Aksel Vitsel, 7. Kevin de Bruyne, 8. Maruan Fellaini, 9. Romelu Lukaku (17. Divok Origi, 73), 10. Eden Azar, 23. Loren Çiman (11. Yanik Karasko,76)
Ehtiyat oyunçular: 12. Simon Minyole, 13. Jan Fransua Jile, 15. Ceyson Denayer, 16. Tomas Munyer, 18. Kristian Kabasele, 19. Musa Dembele, 20. Kristian Benteke, 21. Cordan Lukaku, 22. Miki Batşuay
İtaliya: 1. Canluici Buffon, 3. Corcio Kyellini, 4. Matteo Darmian (2. Matteo de Şilio, 58), 6. Antonio Kandreva, 9. Qraziano Pelle, 15. Andrea Barzali, 16. Daniele de Rossi (10. Tyaqo Motta, 78), 17. Eder (11. Çiro İmmobile, 75), 18. Marko Parolo, 19. Leonordo Bonuççi, 23. Emanuele Giaçerini
Ehtiyat oyunçular: 12. Salvatore Siriqu, 13. Federiko Marketti, 5. Angelo Oqbonna, 7. Simone Zaza, 8. Alesandro Florenzi, 14. Stefano Sturaro, 20. Lorenzo İnsinye, 21. Federiko Bernardeşi, 22. Stefan al Şaravi
İrlandiya - İsveç - 1:1
Qollar: Ues Hulahan, 47 - Klark, 70 (öz qapısına)
Baş hakim: Milorad Maziç
Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Curcyeviç
Əlavə köməkçi hakimlər: Danilo Qruyiç, Nenad Cokiç (hamısı Serbiya)
Dördüncü hakim: Matey Yuq (Sloveniya)
Ehtiyat yan xətt hakimi: Yure Praprotnik (Sloveniya)
Hakim-inspektor: Mark Batta (Fransa)
UEFA nümayəndəsi: Yanis Mezeçkis (Latviya)
Sen-Deni. “Stad de Frans”
İrlandiya: 23. Darren Randolf, 2. Simus Kolman, 3. Siaran Klark, 4. Con Oşi, 6. Qlen Velan, 8. Ceyms Makkarti (7. Eydin Makgedi, 85), 9. Şeyn Lonq, 13. Ceff Hendrik, 14. Con Volters (11. Ceyms Makklin, 64), 19. Robi Bradi, 20. Ues Hulahan (10. Robbi Kin, 78)
Ehtiyat oyunçular: 1. Keyrn Vestvud, 16. Şey Givn, 5. Riçard Kiqo, 12. Şeyn Daffi, 15. Sirius Kristi, 17. Stefan Uard, 18. Devid Meyler, 21. Deyril Mörfi, 22. Stefen Quin
İsveç: 1. Andreas İsaakson, 2. Mikael Lüstiq (3. Erik Yohansson, 45), 4. Anderas Qranqvist, 5. Martin Ollson, 6. Emil Forsberq, 7. Sebastian Larrson, 9. Kim Kellstrom, 10. Zlatan İbrahimoviç, 11. Markus Berq (20. Con Quidetti, 59), 14. Viktor Lindölf, 18. Oskar Leviçki ( 8. Albin Ekdal, 86)
Ehtiyat oyunçular: 12. Robin Ollsen, 23. Patrik Garglen, 13. Pontus Yansson, 15. Oskar Hilyemark, 16. Pontus Vernblum, 17. Lüdviq Avqustinson, 19. Emir Kuyoviç, 21. Cimmi Durmaz, 22. Erkan Zengin
D qrupu
İspaniya - Çexiya - 1:0
Qol: Xerard Pike, 87
Baş hakim: Şimon Marçinyak
Yan xətt hakimləri: Pavel Sokolniçki, Tomaş Listkeviç
Əlavə köməkçi hakimlər: Pavel Razkovski, Tomaş Musial (hamısı Polşa)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Ehtiyat yan xətt hakimi: Vitali Malutsin (Belarus)
Hakim-inspektor: Kiros Vassaras (Yunanıstan)
UEFA nümayəndəsi: Ales Zavrl (Sloveniya)
Tuluza. Şəhər stadionu
İspaniya: 13. David de Xea, 15. Serxio Ramos (k), 3. Xerard Pike, 16. Xuanfran, 18. Xordi Alba, 5. Serxio Buskets, 6. Andres İnyesta, 10. Sesk Fabreqas (14. Tiaqo Alkantara, 70), 21. David Silva, 22. Nolito (11. Pedro Rodriges, 82), 7. Alvaro Morata (20. Aritz Aduriz, 62)
Ehtiyat oyunçular: 1. İker Kasilyas, 23. Serxio Riko, 2. Sezar Azpilikueta, 4. Mark Bartra, 8. Koke, 9. Lukas Vaskes, 12. Ektor Bellerin, 17. Mikel San Xose, 19. Bruno Soriano
Baş məşqçi: Visente del Boske
Çexiya: 1. Petr Çex, 5. Roman Hubnik, 6. Tomas Sivok, 2. Pavel Kaderabek, 8. David Limberski, 22. Vladimir Darida, 13. Yaroslav Plaşil, 4. Teodor Gebre Selassie (18. Josef Sural, 86), 19. Ladislav Kreyçi, 10. Tomaş Rositski (k) (15. David Pavelka, 88), 7. Tomaş Netsid (21. David Lafata, 75)
Ehtiyat oyunçular: 16. Tomaş Vaçlik, 23. Tomaş Kubek, 3. Mixal Kadleç, 9. Borek Dokal, 11. Daniel Pudil, 12. Milan Şkoda, 14. Daniel Kolar, 20. Yiri Skalak
Baş məşqçi: Pavel Vrba
Mənbə:> Apasport