“Neftçi” Avropa Liqasında ilk qələbəsini qazandı – VİDEO
Bakının “Neftçi” klubu Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində səfərdə Maltanın “Baltsan” komandasının qonağı olub.
Oxu.Az xəbər verir ki, “Hibernians” stadionunda keçirilən oyun “flaqman”ın 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 14-cü dəqiqədə Rəhman Hacıyev açıb. 84-cü dəqiqədə Ruslan Qurbanov penalti zərbəsini dəqiq yerinə yetirərək Azərbaycan təmsilçisinin üstünlüyünü iki topa çatdırıb.
Cavab qarşılaşması iyulun 7-də Bakıda keçiriləcək.
Mənbə:> Oxu.Az