Boksçularımız tarix yazdı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Boks

Boksçularımız tarix yazdı

Boksçularımız tarix yazdı


Azərbaycanın daha bir boksçusu Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

AzNews.info-nun Report-a istinadən məlumatına görə, buna Bakıda keçirilən boks üzrə Dünya Təsnifat Turniri çərçivəsində 75 kq-da çıxış edən təmsilçimiz Kamran Şahsuvarlı nail olub.

Belə ki, azərbaycan boksçunun 1/4 finalda məğlub olduğu İrlandiya boksçusu Maykl Oreylinin türkmənistanlı rəqibi Açilovun görüşə çıxmaqdan imtina etməsi səbəbindən 75 kq çəki dərəcəsində final görüşü baş tutmayıb. Nəticədə Kamran Şahsuvarlı beşinci vəsiqənin sahibi olub.

Bununla da Azərbaycanın kişilərdən ibarət boks üzrə yığma komandası tarixdə ilk dəfə olaraq olimpiadada tam heyətlə təmsil olunacaq.

Bunadək ən yüksək nəticəmiz 12 il əvvəl Afina Yay Olimpiya Oyunlarında qeydə alınıb. Əlcək ustalarımız sözügedən yarışda 9 nəfərlə təmsil olunmuşdu. İndi isə Azərbaycan 10 çəki dərəcəsində təmsil olunacaq.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *