Ağırlıqqaldıranlarımız iki Olimpiya lisenziyasından məhrum edildi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Ağırlıqqaldıranlarımız iki Olimpiya lisenziyasından məhrum edildi

Ağırlıqqaldıranlarımız iki Olimpiya lisenziyasından məhrum edildi


Azərbaycan ağırlıqqaldıranları 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qazanılan iki lisenziyadan məhrum edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) İcraiyyə Komitəsinin Gürcüstanın paytaxtı Tbilisidə keçirilən iclasında qərar qəbul olunub.

Buna səbəb Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov, Dadaş Dadaşbəyli və İntiqam Zairovun orqanizmində istifadəsi qadağan preparat aşkarlanmasıdır.

Qərara əsasən, olimpiadaya hazırlıq dövründə dopinq-testlərin dəfələrlə müsbət nəticə verməsi səbəbindən Azərbaycanın əlindən 2 lisenziyası (1 kişi, 1 qadın atlet) geri alınıb.

Nəticədə ölkəmiz “Rio-2016”da cəmi 3 kişi atletlə mübarizə aparacaq.

Qeyd edək ki, Əliquluzadə, Angelova, Quliyev, Valentin və Zairov 8 il müddətinə diskvalifikasiya olunub. Onların cəzaları 2023-cü ilin dekabrında yekunlaşacaq.

Dadaş Dadaşbəyli isə 4 illik cəzaya məruz qalıb. Onun cəza müddəti isə 2019-cu ilin dekabrınadək nəzərdə tutulub.

Ötənilki Dünya çempionatında Azərbaycan 4 kişi ağırlıqqaldıranı lisenziyaya sahib olmuşdu. Builki Avropa çempionatından sonra isə Boyanka Kostovaya güzəştli şərtlə lisenziyanın veriləcəyi gözlənilirdi.

Mənbə: Oxu.Az - Elvin Əhmədov
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *