Azərbaycanın daha bir ağırlıqqaldıranında dopinq aşkarlandı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Azərbaycanın daha bir ağırlıqqaldıranında dopinq aşkarlandı

Azərbaycanın daha bir ağırlıqqaldıranında dopinq aşkarlandı


Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) 2012-ci il London Yay Olimpiya Oyunlarında dopinq-testi müsbət nəticə verən atletlərin siyahısını açıqlayıb.

AzNews.info xəbər verir ki, “Report”un məlumatına görə, 10 idmançının yer aldığı siyahıda Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova da var.

Kostovadan istifadəsi qadağan olunmuş dehidroxlorometiltestosteron və stanozolol anabolik preparatları aşkarlanıb.

Svetlana Podobedova, Mayya Maneza, İlya İlyin, Zulfiya Çinşanlo (hamısı Qazaxıstan), Dina Sazanavets, Marina Şkermankova, Yevgeni Jarnasek (hər üçü Belarus), Apti Auxadov (Rusiya) və Yuliya Kalina (Ukrayna) da eyni aqibətlə üzləşib.

İWF mövcud qaydalara əsasən, antidopinq qaydalarının pozulması ilə əlaqədar bütün 10 ağırlıqqaldıranı qərar çıxarılanadək bütün yarışlardan kənarlaşdırıb. Ehtimallar təsdiqlənsə, müvaqif cəza tədbiri görüləcək və dərc olunacaq.

Hazırda 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testlərin nəticələrinin tezliklə açıqlanması istiqamətində Beynəlxalq Olimpiya Komitəsi ilə iş aparır.

Qeyd edək ki, Boyanka Kostova “London-2012”-də 5-ci yeri tutub. O, dünya (2015) və 3 qat Avropa (2012, 2015, 2016) çempionudur.

Onun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında itirakı hələ təsdiqlənməyib.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *