Azərbaycan yığması Olimpiadadan kənarlaşdırıla bilər » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Azərbaycan yığması Olimpiadadan kənarlaşdırıla bilər

Azərbaycan yığması Olimpiadadan kənarlaşdırıla bilər


Azərbaycan millisinin daha 3 ağırlıqqaldıranı dopinq testdən keçə bilməyib.

AzNews.info xəbər verir ki, Apasport.az saytının məlumatına görə, Valentin Xristov (62 kq), Elxan Əliquluzadə (77 kq) və Silviya Angelovanın (48 kq) ardınca Firudin Quliyev (69 kq), İntiqam Zairov (94 kq) və Dadaş Dadaşbəylinin (105 kq) də orqanizmindən götürülən analiz müsbət nəticə verib.

Belə ki, ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatından sonra idmançılarımız növbəti qalmaqalla üzləşib. Rioya 4 lisenziyanı qazanan yığmamızın üzvlərinin bir-bir dopinqdə “ilişməsi” isə vəsiqələrimizi də sual altına alıb.

Yəni 6 ağırlıqqaldıranımızın A testi müsbət nəticələndiyindən B testini gözləmək məcburiyyətindəyik. Əgər bu yenidən təkrarlanarsa, ağırlıqqaldıranlarımız ömürlük diskvalifikasiya olunmaqla yanaşı, Olimpiadadan da kənar qalacaqlar.

Qeyd edək ki, Quliyev mundialda 6-cı, Zairovla Dadaşbəyli 9-cu yeri tutmuşdu. 3 atlet ümumilikdə isə millimizə 45 (20+17+18) lisenziya xalı qazandırmışdı.

Mənbə: Apasport.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *