Azərbaycan atleti ömürlük cəzalandırıla bilər » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Azərbaycan atleti ömürlük cəzalandırıla bilər

Azərbaycan atleti ömürlük cəzalandırıla bilər


ABŞ-ın Hyuston şəhərində ağırlıqqaldırma üzrə keçirilən dünya çempionatında dopinqdə “ilişən” idmançıların siyahısı açıqlanıb.

AzNews.info apasport-a istinadən xəbər verir ki, analizi müsbət cavab verən 4 atletdən biri Azərbaycan millisinin idmançısıdır.

Belə ki, apreldə 2 illik diskvalifikasiya müddəti başa çatan milliləşdirilmiş legionerimiz Silviya Angelovanın orqanizmində yenidən istifadəsi qadağan olunan preparat aşkar olunub. Bolqarıstan əsilli, 33 yaşlı atletin B testi müsbət nəticələndiyindən A testindən keçmək məcburiyyətindədir.

Əgər bu sübuta yetirilərsə, 48 kq çəki dərəcəsində yığmamızın şərəfini qoruyan Silviya ömürlük cəzalandırıla bilər.

Qeyd edək ki, noyabrın 20-28-də ABŞ-da keçirilən mundialda Angelova cəmi 5 rəqibini qabaqlayaraq, 34-cü olmuşdu və komandamızın aktivinə xal yazdıra bilməmişdi.

Həmçinin, Avro-2012-də bürünc və Avro-2013-də gümüş medal qazanan idmançının qanında turinabol tapıldığından nəticələri ləğv edilmişdi. Məhz həmin vaxt o 2 illik cəzalanmışdı.

Mənbə: Apasport.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *