Azad Rəhimov: Ən parlaq ideyalar İlham Əliyevin ağlına gəlir » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Azad Rəhimov: Ən parlaq ideyalar İlham Əliyevin ağlına gəlir

Azad Rəhimov: Ən parlaq ideyalar İlham Əliyevin ağlına gəlir


Bakıda “Formula-1” mərhələsinin keçirilməsi ideyası Azərbaycan prezidenti İlham Əliyevə məxsusdur.

Oxu.Az xəbər verir ki, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov “Sovetski sport” nəşrinə verdiyi müsahibəsində bildirib.

“Dünya xəritəsində yeni meydana gələn ölkələr üçün özlərini təsdiqləmək vacibdir. Mən hesab edirəm ki, biz buna Şahmat olimpiadasından başlamış Güləş üzrə dünya çempionatına, Avropa Oyunlarından “Formula-1”ə, futbol üzrə gənclər arasında Avropa çempionatından İslam Oyunlarına qədər müxtəlif idman yarışları keçirməyimizlə nail olacağıq.

Düzünü desəm, “Formula-1” yarışlarının keçirilməsi ideyası birinci bizim ölkəmizin prezidentinin ağlına gəlib. O, həm də Milli Olimpiya Komitəsinin prezidentidir. Əslində bütün işıqlı ideyalar onun ağlına gəlir.

Biz Avropa Oyunlarına hazırlıq görərkən paralel olaraq “Formula-1” yarışları ilə bağlı da danışıqlara başladıq. O vaxt Monte-Karloda yarış gedirdi. Yəqin prezident televizorda həmin yarışlara baxıb, bununla eyni vaxtda promouterlərdən biri Flavioa Briatorla görüş baş tutub. Fikrimcə, hər şey buradan başlayıb. Lakin təfərrüatları bilmirəm”, - A.Rəhimov deyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *