“Anderlext”in futbolçusu teraktlara görə komandadan gedəcək
Argentinalı hücumçu Matias Suares Brüsseldəki teraktlardan sonra Belçika futbol klubu “Anderlext”dən getmək istədiyini bildirib.
Oxu.Az-ın Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə AS yazıb.
“Radioda hücumlar barədə xəbər veriləndə, mən məşqə gedirdim. Bundan sonra mən qızımın vəziyyətini öyrənmək üçün, ona zəng etməyə çalışdım”, - deyə M.Suares bidirib.
Futbolçunun sözlərinə görə, o, Belçikanı və yerli əhalini sevir, lakin “həyat yoldaşı və agenti ilə söhbətdən sonra, ailəsinin təhlükəsizliyi naminə iyunda klubu tərk etməyə qərar verib”.
O, həmçinin qeyd edib ki, Brüsseldə vəziyyət çox gərgindir. Onun sözlərinə görə, əhalinin əksəriyyəti bu hadisənin əvvəl-axır baş verəcəyini güman edirdi.
Mənbə:> Oxu.Az