Ronaldo “Real”ı tərk etməyə hazırdır » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Ronaldo “Real”ı tərk etməyə hazırdır

Ronaldo “Real”ı tərk etməyə hazırdır


Madridin “Real” klubunun hücumçusu Kriştianu Ronaldu hazırda çıxış etdiyi komandanı tərk edə bilər. Bu barədə İspaniyanın nüfuzlu “Don Balon” nəşri məlumat yayıb.

AzerTac Vesti.ru saytına istinadla xəbər verir ki, “Real” mövsümdə uğursuz çıxış etdikdən sonra Karlo Ançelottini istefaya göndərən klubun prezidenti Florentino Peresin hərəkəti futbolçunun xoşuna gəlməyib. Pereslə Ronaldu arasında münasibətlər əvvəlcədən də yaxşı deyildi. Bundan başqa, “Kral klubu” prezidentinin yarımmüdafiəçi Qaret Beylə göstərdiyi qeyri-şərtsiz dəstək də Ronaldunun könlüncə olmayıb. O, həmçinin İspaniya KİV-lərinin “Real”ın növbəti baş məşqçi qismində şanslarını yüksək dəyərləndirdiyi Rafael Beniteslə işləmək istəmir.

Kriştianu Ronaldunun İspaniyanın “Real” klubu ilə müqaviləsi 2018-ci ilədək qüvvədə olsa da, Fransanın “Pari Sen-Jermen” komandası artıq indidən onunla maraqlanır və transfer təzminatını ödəməyə hazırdır.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *