“Qalatasaray” Korkmazla razılaşmadı, Hollandiyalı gətirdi
“Qalatasaray”ın yeni baş məşqçisinin adına aydınlıq gəlib. “Qafqazinfo”xəbər verir ki, mövsümün sonuna qədər İstanbul klubuna hollandiyalı mütəxəssis Jan Olde Riekerink başçılıq edəcək.
Onun artıq bu gündən işinə başlayacağı və komandanı məşqlərə çıxaracağı bildirilib.
Qeyd edək ki, “Cim-Bom”un başına Bülent Korkmazın gətiriləcəyi gözlənilsə də, tərəflər razılaşa bilməyib. Korkmaz İstanbul klubunun rəhbərliyindən 1,5 illik müqavilə istəsə də, klub yalnız mövsüm sonuna qədər onunla çalışacağını deyib.
Mənbə:> Qafqazinfo.az