Cüdoçularımız 8 medal qazandılar » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Güləş

Cüdoçularımız 8 medal qazandılar

Cüdoçularımız 8 medal qazandılar


Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışlarına start verilib.

Cüdo Federasiyasının mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.

Ölkəmizi təmsil edən Rövşən Əliyev (50 kq), Əhməd Yusifov (55 kq), İbrahim Əliyev (60 kq) və Şahanə Hacıyeva (44 kq) qızıl, Raşxan Baxışəliyev (50 kq) və Yaqub Cavadov (60 kq) gümüş, Fərid Qəzənfərov (50 kq) və Yaşar Nəcəfov (55 kq) isə bürünc medal qazanıblar.

Elvin Mirzəyev (60 kq), Knyaz Mahmudlu (66 kq) və Fəridə Səfərova (52 kq) 5-ci yerlə kifayətlənməli olublar.

Mehdi Zeynalov (50 kq) isə 7-ci olub.

Bununla da, Azərbaycan millisi yarışın ilk günündə aktivinə 8 medal (4 qızıl, 2 gümüş və 2 bürünc) yazdıraraq komanda hesabında birinci yerdə gedirlər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *