750 manatlıq qalmaqallı şalvarından danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Güləş, Maqazin, Foto

750 manatlıq qalmaqallı şalvarından danışdı – FOTO

750 manatlıq qalmaqallı şalvarından danışdı


Yunan-Roma güləşi üzrə Avropa Oyunlarının qızıl medalçısı Elvin Mürsəliyevin dünən “Qafqazinfo”ya müsahibəsində əynindəki şalvarın 750 manat olduğunu açıqlaması müzakirələrə səbəb olub. Belə ki, sosial şəbəkələrdə tənqid atəşinə tutulan idmançı yenidən açıqlama vermək məcburiyyətində qalıb.

O, “Facebook” hesabında yazdığı statusda geyindiyi şalvarın hədiyyə olduğunu bir daha onu tənqid edənlərin nəzərinə çatdırıb: “Bu gün bəzi saytlar, bəzi insanlar məni qınayır ki, 750 manatlıq şalvar geyinir. Mən Avropa Oyunlarının qalibi olanda yaxınlarım hədiyyə verirdilər, sağ olsunlar. Geyimdən söhbət düşəndə dedim ki, əynimdəki şalvar hədiyyədir, üstündə qiyməti belə yazılmışdı. Mən də 5 manatlıq nəsə alıb kiməsə hədiyyə versəm, üstünə şişirdilmiş qiymət qoyub apararam. Hədiyyəni qəbul edən üstündəki qiymətlə razılaşacaq və dəqiq qiyməti bilməyəcək”.

Elvin Mürsəliyev yazıb ki, hərənin öz düşüncəsi var və bu barədə nəsə demək istəmir: “Bunu da unutmayın: qazandığım hər medal üçün kilolarla tər tökmüşəm. Medal mənim bu sahədə müvəffəqiyyətimi sübut edən metal sənəddir. Medal mənim illərlə getdiyim yolun bir hissəsinin sadəcə sübutudur. Medallar görünür. Ancaq sınan dırnaqlarımı, əzilən əzələlərimi, zədələrimi görən olmur”.

750 manatlıq qalmaqallı şalvarından danışdı

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 20 yanvar 2016 06:41
  • Yazan: kenny
The indisputable fact that UK Replica Handbags totes are constructed from pure leather may not established these aside from various other bags while even now around the store holders — however it whenever they enter real everyday work with which the undeniable fact that Rolex Watches are produced from 100 % pure natural leather is frequently the majority of manifestly crystal clear; because the Designer Replica Handbags can keep their own charlie sheen although people constructed from ‘leather look-alike materials’ get rid of the shine in just a week people, to not Swiss rolex watches ever have it fixed once again.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *