Azərbaycanlı şahmatçı Praqa turnirinin liderləri sırasındadır
Azərbaycanlı şahmatçı Bəhruz Rzayev bu günlərdə Çexiyanın paytaxtında keçirilən şahmat üzrə açıq turnirdə 1-3-cü yerləri bölüşür.
Oxu.Az xəbər verir ki, beş turdan sonra onun aktivində 4,5 xal var.
Bu nəticəni Aleksey Qavrilov da (Rusiya) və Yekaterina Atalik (Türkiyə) göstərib, Moskvanın Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Moskvanın beynəlxalq şahmat ustası Aleksandr Çudinski də daxil olmaqla 14 şahmatçı 4 xal toplayıb.
Yarışlarda 32 ölkədən 171 şahmatçı, o cümlədən də 8 qrossmeyster iştirak edir.
Turnir 9 turdan ibarət İsveçrə sistemi üzrə keçirilir və yanvarın 15-də başa çatacaq.
Mənbə:> Oxu.Az