“Qəbələ”lilərin 2016 arzuları: evlənmək... » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

“Qəbələ”lilərin 2016 arzuları: evlənmək...

“Qəbələ”lilərin 2016 arzuları: evlənmək...


“Qəbələ”nin üzvləri Yeni il arzularını dilə gətiriblər.

Axar.az xəbər verir ki, baş məşqçi Roman Qriqorçuk və futbolçular fikirlərini klubun qəzetinə açıqlayıblar.

R.Qriqorçuk möhkəm can sağlığı arzulayıb. Ruslan Abışov "Qəbələ”ylə çempion titulunu, kuboku qazanmaq istəyir: “Şəxsi planda əsas istəyim ailə həyatı qurmaqdır”.

Rəşad Sadiqov avrokuboklarda uğurla mübarizə aparmaq niyətindədir: “2016-cı ildə isə klubla ilk qızıl mükafat qazanmaq istəyirəm".

David Pietrzkieviçin sözlərinə görə, həyatda can sağlığı vacibdir və bunu təkcə ailəsinə deyil, hamıya arzulayır. Ermin Zets şəxsi həyatında xoş olacaq bir xəbərin intizarındadır: “Çünki həyat yoldaşımla övlad gözləyirik. Ümid edirəm ki, 2016-cı il həm karyeramda, həm də şəxsi həyatımda uğurlu olacaq".

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *