"Qəbələ" Ukrayna nəhəngi ilə görüşəcək » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

"Qəbələ" Ukrayna nəhəngi ilə görüşəcək

"Qəbələ" Ukrayna nəhəngi ilə görüşəcək


“Qəbələ”nin qış hazırlığı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblər müəyyənləşib.

Axar.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının 2015/2016 mövsümünün ilk yarısından sonra istirahətə buraxılan “qırmızı-qaralar” 2016-cı il yanvarın 10-da start götürəcək Türkiyə təlim-məşq toplanışında 3 matç keçirəcək.

Yanvarın 27-dək davam edəcək hazırlıqlardakı ilk rəqib “Osnabryuk” olacaq. Almaniya çempionatının aşağı liqa təmsilçisi ilə qarşılaşma ayın 16-da baş tutacaq. 4 gün sonra “Qəbələ” ikinci yoxlama oyununa çıxacaq. Roman Qriqorçukun komandası İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək.

Yanvarın 24-də keçiriləcək son yoxlama matçında Qəbələ təmsilçisi UEFA Avropa Liqasının ötən mövsümünün finalçısı “Dnepr”lə görüşəcək.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *