“Qəbələ” Vaqif Cavadovla yollarını ayırdı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

“Qəbələ” Vaqif Cavadovla yollarını ayırdı

“Qəbələ” Vaqif Cavadovla yollarını ayırdı


"Qəbələ" klubu daha bir futbolçu ilə yollarını ayırıb.

AzNews.info xəbər verir ki, klubdan "Report"a verilən məlumata görə, Vaqif Cavadovla başa çatan müqavilə müddəti artırılmayıb.

Bununla da komandanı qış fasiləsində tərk edən oyunçuların sayı 5-ə çatıb. Daha öncə Fakundo Pereyra, George Floresku, Vüqar Nadirov və Derlis Meza Kolli də "qırmızı-qaralar"ı tərk edib. Əvəzində Rafael Santosla müqavilə müddəti 1,5 il uzadılıb.

Klubdan o da bildirilib ki, müqavilə müddəti 2017-ci ilin yayınadək artırılan baş məşqçi Roman Qriqorçukun istəyilə komandaya yarımmüdafiəçi və hücumçu transfer ediləcək.

Qeyd edək ki, "Qəbələ" qış fasiləsinə 28 xalla 4-cü pillədə yollanıb.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *