Azərbaycan Avropada ən güclüdür » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Güləş

Azərbaycan Avropada ən güclüdür

Azərbaycan Avropada ən güclüdür


Portuqaliyanın Odivellaş şəhərində paralimpiyaçılar arasında cüdo üzrə Avropa çempionatı başa çatıb.

Oxu.Az xəbər verir ki, yarışların son günündə komanda turnirində medallar uğrunda mübarizə gedib.

Azərbaycan yığması finalda Rusiyanı məğlub edərək qitənin ən güclü yığması olub.

Daha öncə fərdi yarışlarda idmançılarımız 8 medal qazanıblar. Bayram Mustafayev (66 kq), Ramil Qasımov (73 kq) və İlham Zəkiyev (100 kq-dan yuxarı) qızıl medal, Səbinə Abdullayeva (57 kq), Ramin İbrahimov (60 kq) və Rövşən Səfərov (81 kq) gümüş medal, Afaq Sultanova (63 kq) və Kənan Abdullayev (100 kq) bürünc medal qazanıblar.

Komanda üzrə şəxsi yarışlarda Azərbaycan Rusiya və Ukraynadan sonra üçüncü yeri tutub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *