Cüdoçumuz gümüş medal qazandı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Güləş

Cüdoçumuz gümüş medal qazandı

Cüdoçumuz gümüş medal qazandı


Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə Qran-Pri yarışının ikinci günü də Azərbaycan idmançıları üçün uğurlu olub.

Oxu.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində dünya reytinqində 1-ci olan Azərbaycan cüdoçusu Rüstəm Orucov mötəbər turnirin gümüş medalını qazanıb.

Finala gedən yolda ispaniyalı Kioşi Uematsu, Çin idmançısı Yınjirqala Sai, Qazaxıstan təmsilçisi Dastan İkibayev və belçikalı Dirk van Tiçelti məğlubiyyətə uğradan Rüstəm Orucov həlledici görüşdə Yaponiya cüdoçusu Soiçi Haşimoto ilə qarşılaşıb. Burada isə təmsilçimiz Asiya cüdoçusuna uduzaraq Çin Qran-Prisinin gümüş medalı qazanıb.

Digər iki cüdoçumuz - Əbdülhəqq Rəsullu (81 kq) və Hüseyn Rəhimli (81 kq) ilkin mərhələdə mübarizəni dayandırıb.

Qeyd edək ki, Çin Qran-Prisində yığmamızın aktivində 3 medal var. İlqar Müşkiyev (60 kq) və Nicat Şıxəlizadə (66 kq) qızıl medal, Rüstəm Orucov (73 kq) isə gümüş medala sahib olub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *