Qarabağ Kəpəzi bağışlamadı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol, Video

Qarabağ Kəpəzi bağışlamadı – VİDEO+FOTO

Qarabağ Kəpəzi bağışlamadı


“Çox vacib 3 xal qazandıq. Oyun bizim üçün ağır keçdi, rəqib yaxşı müdafiə olundu”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”lə oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Qubranov böyükhesablı qələbəni (3:0) belə şərh edib: “Matçın son 15 dəqiqəsində açıq futbol gördük və bizim işimiz bir qədər rahatlaşdı. Düşünürəm ki, Şahin müəllim çox yaxşı bir oyun qurmuşdu. Ümumiyyətlə, son vaxtlar “Kəpəz” öz oyunu ilə rəqiblərə çətinlik yaradır, onlara uğurlar arzu edirəm.

Armenteros zədəlidir. Yoxlama görüşündə topuğundan zədə almışdı. Ümumi durumu yaxşıdır və sabahdan komanda ilə məşqlərə başlayacaq. Rəşad Sadıqov isə fərdi məşqlərə start verib, ümid edirəm ki, “Tottenhem”lə oyuna qədər hazır olacaq”.

“Belə bir oyundan sonra danışmaq bir az çətindir, amma danışmamaq da olmur. Bizim itkilərimiz çox idi, lakin bütün bunlar məğlubiyyətə əsas vermir, səbəb deyil. Meydançada da zədəlilərimiz az deyildi. Bundan əlavə, cinah müdafiəçisinin olmaması bizi məcbur etmişdi ki, sistemi dəyişək”. Bu sözləri isə “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

Qarabağ Kəpəzi bağışlamadı


Təcrübəli mütəxəssis “Qarabağ”a 0:3 hesablı yenilgini belə şərh edib: “İlk hissədə Çumbinyonun fərdi yaratdığı qol epizodundan başqa “Qarabağ”ın real şansı olmadı. Futbolçularım ilk hissədə taktiki cəhətdən ağıllı oynadılar. İkinci hissədə müəyyən üstünlüyümüz vardı. İtiriləcək bir şey yox idi. Ona görə də hücuma atıldıq, oyun 1-1 hesabı ilə də bitə bilərdi. Sadəcə, oyunun sonlarında uşaq səhvlərindən qollar buraxdıq. Lakin irəli baxmaq lazımdır, uğur qazanmaq üçün səhvləri minimuma endirmək vacibdir. “Qarabağ” bizim top komandamızdır, səhvləri bağışlamır. “Qarabağ”a “Tottenhem”lə oyunda uğurlar arzu edirəm. Etiraf edim ki, biz ilk hissədə qorxaq futbol oynadıq, ikinci hissədə isə sərgilədiyimiz futbol xoşumuza gəldi”.


Mənbə: Futbolxeber.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *