““Rəvan” çox komandanın başını ağrıdacaq”
Bu gün Topaz Premyer Liqasında 4-cü tura yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, "Neftçi" səfərdə "Rəvan"ı 3:1 hesabı ilə məğlub edib.
Bayıldakı qarşılaşmadan sonra baş tutan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Samir Əliyev qələbəni belə şərh edib:
“Əsas məqsədimiz qalib gəlmək idi. Xal itkisi bizi sonuncu pillələrə yuvarlandıracaqdı. Qarşıda “Xəzər Lənkəran” və “Qarabağ”la oyunlarımız var. Uğursuz nəticənin fonunda gərginlik ola bilərdi. İlk hissədə qol vurmaq məqsədimizə çatdıq. Aylton qırmızı vərəqə alqıdan sonra “Rəvan” ikinci hissədə bizə problem yaratdı. Emin Quliyevə uğurlar arzu edirəm. Düşünürəm ki, “Rəvan” çox komandanın başını ağrıdacaq".
Gənc mütəxəssis növbəti turdakı "böyük oyun"dan da danışıb: "Bundan sonra “Xəzər Lənkəran”la oyunu düşünəcəyik. Həmin oyun derbidi, amma bizim üçün komandanın fərqi yoxdu. “Xəzər Lənkəran”ın gənc oyunçuları da yaxşı təsir bağışlayır".
O, "Xəzər Lənkəran"dan ayrılan hücumçu Vüqar Nadirovun "Neftçi"yə keçmə ehtimalından da söhbət açıb: "Vüqar Nadirovun “Neftçi”yə keçmək ehtimalına gəlincə. Həmin futbolçu gündəmimizdə deyil. Onun cinahında çox futbolçumuz var. İstəyirik ki, həmin oyunçuları azərbaycan futboluna qazandıraq”.
Mənbə:> Qafqazinfo.az