Ruslan Abışov: “Qəbələ” sanki tilsimlənib” – MÜSAHİBƏ
“Qəbələ”nin müdafiəçisi Ruslan Abışovun Futbolxeber.az saytına müsahibəsi
- “Qəbələ” yenə də qələbə qazana bilmədi. “İnter”lə oyunda qələbə hesabını niyə qoruya bilmədiniz?
- Evdə oynayırdıq, üstəlik son turlarda xal itkiləri ilə üzləşmişdik. Meydana yalnız qələbə üçün çıxmışdıq. Daha üstün oynadığımızı düşünürəm. Lakin yenə də qol epizodlarından yararlana bilmədik. Belə davam edə bilməz, vəziyyətdən çıxmağın vaxtıdı. Komandanın turnir cədvəlinda vəziyyəti daha da pisləşir. Qarşıdan fasilə gəlir. Düşünürəm ki, bu fasilə “Qəbələ”nin işinə yarıyacaq.
- Komandanın bu vəziyyətə düşməsinə səbəb nədir?
- 90 dəqiqə hücumda oynayırıq. Amma qol epizodlarından istifadə edə bilmirik. Sanki komanda tilsimlənib. Qol vurmaq probleminin həll etsək də, ardıcıl qələbələr qazanacağıq.
- Maraqlıdır ki, “Qəbələ”də eniş Roman Qriqorçukun komandadan gedəcəyi haqda xəbərlər ortaya atılandan sonra başladı...
- Baş məşqçimiz bizim yanımızdadı. Hər zaman onun dəstəyinin hiss edirik. Qriqorçuk sona qədər bizimlədi. Düşünürəm ki, belə vəziyyətdə o komandanı qoyub getməyəcək.
- Sergey Zenyovun matçın əvvəlində zədələnməsi “Qəbələ”nin oyununa təsir göstərdi?
- Əlbəttə, təsir etdi. Çünki əvvəldən bəlli sistemlə meydana çıxmışdıq. Lakin əıvəzetmədən sonra müəyyən dəyişiklik oldu. Bununla belə, Samir Zərgərovun yaxşı oynadığını düşünürəm. Məncə o, Zenyovdan heç də pis təsir bağışlamadı.
- Buna qədər çempionatda ardıcıl oyunlarda qapısını toxunulmaz saxlayan “Qəbələ” son 2 görüşdə qol buraxır...
- Komandanın müdafiə xəttində ciddi problem olduğunu düşünmürəm. Hər iki oyunda demək olar ki, qolları əks-hücumlardan buraxırıq. Futbolda belə hallar olur. Əsas odur ki, fasilədən lazımınca yararlanıb, səhvlərdən nəticə çıxaraq.
- Uğursuzluğu yorğunçuluqla əlaqələndirmək olar?
- Yox. Sadəcə, komandanın üzərində psixoloji təzyiq vur. Bunu aşmaq lazımdı. 1 qələbə ilə hər şey qaydasına düşəcək.
Mənbə:> Futbolxeber.az